Sərbəst və yunan-Roma güləşi üzrə 1997-98-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
Çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və bu il keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
FİLA-nın qaydalarına əsasən keçirilən turnir iki mərhələdən ibarətdir. İlk mərhələdə 05-16 fevral 2014-cü il tarixlər arasında AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçiriləcək.
5-6 fevral – 5 saylı nümayəndəlik, Göyçay
8-9 fevral – 3 saylı nümayəndəlik, Şamaxı
8-9 fevral – 4 saylı nümayəndəlik, Salyan
13-16 fevral – 1 saylı nümayəndəlik, Bakı
15-16 fevral – 2 saylı nümayəndəlik, Sumqayıt
15-16 fevral – 6 saylı nümayəndəlik, Şəki
15-16 fevral – 7 saylı nümayəndəlik, Şəmkir
İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 3-5 mart 2014-cü il tarixdə yeniyetmələrin Azərbaycan çempionatı baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.
|