Bu gün Fransa ikinci liqasında 21-ci tura yekun vurulub.
Yüksək liqaya üç vəsiqənin biri uğrunda mübarizə aparan “Land of fire Azerbaijan” forması geyən “Lans” səfərdə “Oser”lə qarşılaşıb.
Hafiz Məmmədovun sahibi olduğu komanda görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Bunula da xallarını 39-a çatdıran "Lans" turnir cədvəlinin ikinci pillləsində mövqeyini möhkəmlədib.
“Lans”la eyni xalı olan və üçüncü yerdə qərarlaşan “Anger” isə öz meydanında “Dijon”u (32 xal, 6-cı yer) qəbul edib. Oyunda hesab açılmayıb.
27 yanvar
Fransa ikinci liqası, 21-ci tur
23.30. “Oser” – “Lans” - 1:2
Qollar: Touzqar, 43 (0:1), Kitambala, 45 (1:1), Şavaria, 89 (1:2)
|