Dekbarın 19-da Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə ilk dəfə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya Kuboku turniri start götürəcək. Yarışda Azərbaycan milli komandası eksperimental heyətlə mübarizə aparacaq. Bununla yanaşı, “Baku Fires” klubunun bəzi boksçuları da turnirdə qüvvələrini sınayacaqlar. Komandamızın heyətində ən təcrübəli boksçu kimi Avropa çempionatının iştirakçısı Tamerlan Abdullayevlə (69 kq), bir çox beynəlxalq turnirlərin mükafatçısı Tural Əhmədovu (56 kq) qeyd etmək olar. Bu yarışda kubalı boksçu Lorenzo Sotomayor Kollazo da (64 kq) yığmamızın heyətində debüt edəcək. Sotomayor hazırda “Qəbələ” klubunda çalışan Lazaro Ximenes Martinesin yetirməsidir.
London Olimpiadasının iştirakçısı Soltan Migitinov da (75 kq) Neft Ölkələrinin Dünya Kubokunda çıxış edəcək. “Baku Fires” klubunun gənc boksçularından Kamil Əhmədov (69 kq), Batraz Qutziyev (81 kq) də heyətə daxil edilib.
Qeyd edək ki, yarışda Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Çin, Monqolustan, Latviya, Ermənistan, Moldova, Qırğızıstan, Litva və Çexiya komandalarının iştirak etməsi gözlənilir.
49 kq: Rüstəm Musayev
52 kq: Məhəmməd Abdulhəmidov
56 kq: Tural Əhmədov
60 kq: Nəsrəddin Məmmədov, Fərid İsmayılov
64 kq: Lorenzo Sotomayor Kollazo, Çingiz İslamov
69 kq: Tamerlan Abdullayev, Kamil Əhmədov
75 kq: Soltan Migitinov
81 kq: Batraz Qutsiyev
91 kq: Abdulqadir Abdullayev
91+kq: Kamran Mehdiyev, Üzeypat İsmayılov
Yarışda ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edəcək.
|