Antalyada (Türkiyə) şahmat üzrə komanda dünya çempionatı davam edir. Çempionatın yeddinci turunda Azərbaycan şahmatçılarının rəqibləri çinlilər olublar.
Komandamız 1:3 hesabı ilə məğlub olmuşdur. Belə ki, Rauf Məmmədov Li Xauya, Vasif Dürarbəyli isə Bu Yanqiyə 0:1 hesabı ilə məğlub olmuşlar, Eltac Səfərli Dinq Liren ilə, Nicat Məmmədov isə Bu Ksyancı ilə heç-heçə ediblər.
Yeddinci turun digər görüşləri aşağıdakı komandalar arasında keçirilmişdir: Ukrayna-Misir (2,5:1,5), Rusiya-Hollandiya (3,5:0,5), ABŞ-Almaniya (3:1), Ermənistan-Türkiyə (3:1). Bu turun nəticələrinə görə Ukrayna komandası hesabında 12 xalla liderliyini qorumuşdur, Rusiyanın hesabında 11 xal, Hollandiya, Ermənistan, ABŞ, Çin komandalarının hesabında 8 xal vardır, Almaniyanın 6 xal, Azərbaycan yığmasının aktivində 5 xal vardır, Türkiyənin 2 xalı, Misirin isə heç bir xalı yoxdur.
Azərbaycan, Rusiya, Ukrayna, Niderland, Almaniya, ABŞ, Çin, Ermənistan, Misir və Türkiyə yığmalarının iştirakı ilə dairəvi sistem üzrə keçirilən builki turnir dekabrın 6-da başa çatacaqdır.
|