Rusiyada keçirilən ənənəvi "Birlik kuboku" turnirinin püşkü atılıb.
Sankt-Peterburqda təşkil olunacaq turnirdə 12 ölkənin gənclərdən ibarət yığması iştirak edəcək.
Azərbaycan millisi 1992-ci ildən təşkil edilən yarışda yenə təmsil olunmacaq. Ümumiyyətlə, iştirakçılar arasında Qafqaz ölkələrinin heç biri yer almayıb.
Qeyd edək ki, 12 komandanın iştirak edəcəyi yarış 24 yanvar və 2 fevral tarixində keçiriləcək.
A qrupu: Estoniya, Tacikistan, Ukrayna, Qırğızıstan.
B qrupu: Litva, Türkmənistan, Rusiya, Moldova.
C qrupu: Latviya, Özbəkistan, Belarus, Qazaxıstan.
|