Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan daha bir klubun adı müəyyənləşib.
"Çelsi" dünən "Bazel"ə 0:1 hesabı ilə məğlub olsa da, qrupdan çıxmağı özləri üçün təmin edib.
Bununla da qrup mərhələsində sona bir tur qalmış "pley-off"a yüksələn klubların sayı 6-a yüksəlib.
Qeyd edək ki, bundan əvvəl "Barselona", "Real" (Madrid), "Mançester Siti", "Bavariya", "Atletiko" (Madrid) klubları 1/8 finala vəsiqə qazanmışdı.
|