"Real"ın (Madrid) futbolçusu Pepe komanda yoldaşı Kriştiano Ronaldoya "Qızıl top" mükafatında haqsızlıq edildiyini düşünür.
"AS" danışan portuqaliyalı müdafiəçi deyib ki, Ronaldonun bu mükafatı futbolçu karyerası ərzində bir dəfə qazanması düzgün deyil:
"Kriştianoya edilən hərəkət böyük səhvdir. Ona haqsızlıq edilir. Ümid edirəm ki, heç olmasa, bu il "Qızıl top"u Ronaldo qazanacaq".
Qeyd edək ki, 2007, 2008, 2009, 2011 və 2012-cü illərdə həmin mükafata namizəd oyunçular arasında portuqaliyalı hücumçu da yer alıb. O, yalnız 2008-ci ildə "Qızıl top"u qazanıb.
|