Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İndoneziyanın Palembanq şəhərində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan “Azərbaycan günü” təşkil edilib
Tarix: 26.09.2013 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilib

Sentyabrın 25-də İndoneziyanın Palembanq şəhərində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü” təşkil edilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilib.

Bu il iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası keçirilib. Assambleyada səsvermə zamanı tam yekdilliklə Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.

Bu qərar iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanda son illərdə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirir. Ölkəmizin dünyada Olimpiya məkanı kimi tanınması, geniş idman infrastrukturuna malik Azərbaycanın dünya miqyaslı yarışlara ev sahibliyi etməsi və idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır.

Hazırda III İslam Həmrəyliyi Oyunlarının keçirildiyi İndoneziyanın Palembanq şəhərində təşkil olunmuş “Azərbaycan günü”ndə dövlətimizin başçısı İlham Əliyevin videomüraciəti səsləndirilmişdir. Videomüraciətdə deyilir:

- Zati-aliləri, Milli Olimpiya komitələrinin üzvləri, əziz dostlar.
Mən sizi növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın paytaxtı Bakıdan salamlayıram. Fürsətdən istifadə edərək mən bizim namizədliyimizi dəstəkləyən və Azərbaycana etimad göstərənlərə minnətdarlığımı bildirmək istərdim. Biz idmançıların və turistlərin ölkəmizdə özlərini evlərindəki kimi hiss etmələri üçün bu oyunların tarixində ən yaxşılarından birini təşkil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarına güclü dəstək verən ölkədir. Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meylləri tam şəkildə dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilmiş və Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olacaqdır.
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Azərbaycanın iqtisadiyyatı son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Əminəm ki, bu fakt da Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibi seçilməsində öz rolunu oynamışdır.
Son 10 il ərzində iqtisadiyyatımız 3 dəfədən çox artmışdır və biz infrastruktura, o cümlədən idman infrastrukturuna böyük sərmayələr yatırmışıq. Beləliklə, biz Oyunlara yaxşı hazırlaşmaq və qonaqlarımızı ən yaxşı şərait və xidmətlərlə təmin etmək üçün əlimizdən gələni edəcəyik. Bizim artıq mühüm beynəlxalq tədbirlərin, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsində təcrübəmiz vardır. Eyni zamanda, Bakı 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının ilk paytaxtı seçilmişdir. Daha sonra isə 2017-ci ildə biz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik.
Azərbaycan böyük tarixə, ənənələrə və mədəniyyətə malik bir ölkədir, sivilizasiyaların kəsişməsində yerləşir. Əsrlər boyu müxtəlif etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Biz fəxr edirik ki, Azərbaycan dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxtlarından biridir. Biz tarixi və dini abidələrimizi qoruyur, təmir və bərpa edirik. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi tamamilə bərpa və təmir edilərək bu il istifadəyə verilmişdir. Bu məscid 743-cü ildə tikilmişdir. Biz ölkəmizi təqdim etmək üçün səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, idmançılarla yanaşı, çoxlu sayda turistlər və bir çox başqa insanlar - qardaşlarımız Azərbaycan haqqında daha çox öyrənəcəklər.
Əminəm ki, bu Oyunlar xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacaqdır. Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaqdır. Mən sizin hamınızı 2017-ci ildə Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirəm. Bakıda görüşənədək.
X X X
Prezident İlham Əliyevin müraciəti yerli və xarici media tərəfindən geniş işıqlandırılmışdır. Bütövlükdə bu tədbirdə 46 iştirakçı dövləti təmsil edən Milli Olimpiya komitələrinin prezidentləri və baş katibləri, İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi, hazırkı Oyunların Təşkilat Komitəsinin və İndoneziya hökumətinin səlahiyyətli nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.
Mərasim iştirakçıları Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirmiş və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə əminliklərini bildirmişlər.
Tədbirdə Azərbaycan mədəniyyəti və idman tarixi ilə bağlı videoçarx göstərilmiş, ölkəmizdə mövcud olan möhtəşəm idman qurğuları ilə bağlı fotostendlər nümayiş etdirilmişdir.
Onu da deyək ki, İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında indiyə qədər Azərbaycan atletləri 9 medal qazanmışlar. Bunlardan 3-ü qızıl, 4-ü gümüş, 2-si isə bürünc medallardır.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2248 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2021 Milli Olimpiya Komitəsində Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti ilə görüş olub
17.06.2020 Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin payızında keçiriləcək
09.06.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” tədbirlərini davam etdirir
22.05.2020 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22.05.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
18.05.2020 Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
03.05.2020 MOK yeni layihəyə start verdi
03.05.2020 MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru