Rusiya milli komandasının "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Lüksemburq və Azərbaycan yığmaları ilə oyunlar üçün yekun heyəti açıqlanıb.
Fabio Kapellonun başçılıq etdiyi Rusiya millisi Bakıya 25 futbolçu ilə gələcək.
Qeyd edək ki, oktyabrın 11-də Lüksemburqun qonağı olacaq Rusiya millisi okyabrın 15-də Bakıda millimizlə üz-üzə gələcək.
Qapıçılar: İqor Akinfeyev (ÇSKA), Yuri Lodıqin («Zenit»), Sergey Rıjikov («Rubin»).
Müdafiəçilər: Aleksey Berezutki, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı - ÇSKA), Vladimir Qranat («Dinamo» M), Aleksey Kozlov («Kuban»), Dmitri Kombarov, Yevvgeni Makeyev (hər ikisi - «Spartak» M), İqor Smolnikov («Zenit»).
Yarımmüdafiəçilər: İqor Denisov, Yuri Jirkov (hər ikisi - «Dinamo» M), Denis Qluşakov («Spartak» M), Aleksandr Səmədov («Lokomotiv» M), Pavel Mamayev («Krasnodar»), Aleksandr Ryazantsev («Rubin»), Viktor Fayzulin, Oleq Şatov, Roman Şirokov, Vladimir Bıstrov (hamısı - «Zenit»).
Hücumçular: Aleksandr Kerjakov («Zenit»), Aleksandr Kokorin, Fedor Smolov (hər ikisi - «Dinamo» M)
|