"Real"ın Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyun üçün Türkiyəyə gedəcək heyəti açıqlanıb.
Heyətdə 20 futbolçunun yer aldığı bildirilib. Zədəli olan Marselo, Varan, Xabi Alonso, Koentraunun bu matçda forma geyməcəyi məlum olub. Arbeloa isə zədəsini sağaldaraq İstanbul klubu ilə matç üçün heyətə daxil olub.
"Real"ın İstanbula gedəcək heyəti belədir:
Qapıçılar: Kasilyas, Lopez, Xesus
Müdafiəçilər: Pepe, Ramos, Karvaxal, Arbeloa, Naço, Kasado
Yarımmüdafiəçilər: Beyl, Xedira, Kasemiro, Modriç, Di Mariya, İska, İllarmendi
Hücumçular: Kriştiano Ronaldo, Benzema, Xese, Morata
|