Braziliya milli komandasının sabiq baş məşqçisi Artur Ziko Qətərin "Əl Qaraf" klubu ilə rəsmi müqavilə imzalayıb.
Təcrübəli mütəxəssis iki il Qətər təmsilçisini çalışdıracaq.
"Al Qaraf" braziliyalı baş məşqçinin karyerasında çalışdırdığı 9-cu klub olacaq.
Qeyd edək ki, bundan əvvəl Ziko "Fənərbaxça", İraq millisi, "Kaşima Antlers", Yaponiya millisi, "Olimpiakos", CSKA (Moskva), "Flamenqo" və "Bunyodkor"da işləyib.
|