Serbiyanın paytaxtı Belqradda şahmat üzrə qadınlar arasında 14-cü şəxsi Avropa Çempiontının başa çatmasına 3 tur qalıb.
8-ci turda Zeynəb Məmmədyarova Mariya Petroviç (Serbiya), Nərgiz Umudova – İrina Utiatskaya (Rusiya), Səbinə İbrahimova isə - Olga Styackina (Rusiya) üzərində qələbə qazanıb.
Nərmin Kazımova - İsrail şahmatçısı Maşa Klinova, Nərmin Xələfova isə Serbiyalı Barbara Dizdareviclə xalları yarı bölüb.
Gülnar Məmmədova ,Türkan Məmmədyarova və Xəyalə Abdulla 8-ci turda məğlubiyyətlə üzləşiblər .
Beləliklə, Gülnar Məmmədova 5 xal, Zeynəb Məmmədyarova, Nərmin Kazımova, Nərgiz Umudova və Səbinə İbrahimova 4.5 xal, Türkan Məmmədyarova 4 xal, Xəyalə Abdulla, və 3.5 xal, Nərmin Xələfova isə aktivinə 3 xal yazıb.
Çempionat isvecrə sistemi üzrə 11 turdan ibarət olaraq keçirilir və avqustun 3-də başa çatacaq.
|