Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
11/08 | 20:21 Millimizin baş məşqçisi Canni De Byazi “Qarabağ”-“Sabah” oyununu izləyəcək
11/08 | 19:14 Boksçularımızın təlim-məşqləri ümumi fiziki hazırlığın artırılmasına yönəlib
11/08 | 18:51 “Neftçi”nin rəqibi heyətini gücləndirir
11/08 | 18:37 Azərbaycan və Rusiya şahmatçıları arasında yoldaşlıq görüşü başlayıb
11/08 | 17:48 “Səbail”in futbolçusu karyerasını Rumıniyada davam etdirəcək
11/08 | 16:54 Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçiləri müəyyənləşib
11/08 | 16:36 “Sumqayıt”ın rəqibini yaxından tanıyaq
11/08 | 16:16 Bakıda açıq havada şahmat turniri keçiriləcək
11/08 | 15:20 “Real Madrid” yarımmüdafiəçisini “Vilyarreal”a icarəyə verib
11/08 | 14:13 “Neftçi”-“Şkupi” matçının başlanma saatı müəyyənləşib
11/08 | 14:00 “Liverpul” yunanıstanlı müdafiəçini transfer edib
11/08 | 13:50 Boccia üzrə milli komandamızın Zaqatalada təlim-məşq toplanışı başlayıb
11/08 | 13:18 Bakı - Rio-de-Janeyro
11/08 | 11:02 UEFA Avropa Liqasının ikinci yarımfinalçısı məlum olub
11/08 | 10:06 “Qəbələ” heyətinə yeni futbolçu cəlb edib
11/08 | 09:55 “Sabah” yoxlama matçında “Qəbələ”ni məğlub edib
10/08 | 23:22 Şahmatçılarımız Azərbaycan-Türkiyə yoldaşlıq görüşündə qələbə qazanıblar
10/08 | 19:49 Avrokubokların təsnifat mərhələsindəki oyunlar azarkeşsiz keçiriləcək
10/08 | 18:16 “Neftçi”nin Avropa Liqasındakı rəqibi millimizin sabiq futbolçusunu transfer edib
10/08 | 17:30 MHL-in əsas pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
10/08 | 17:00 Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri bəlli olub
10/08 | 16:52 “Neftçi”nin rəqibini yaxından tanıyaq
10/08 | 16:09 Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıya gəlib
10/08 | 15:43 “İcazə vermək olmaz ki, pandemiya idmanda illərlə qazandığımız uğurları məhv etsin!”
10/08 | 15:28 “FIFA-20” Birinci Liqasında on turdan sonra lider dəyişib
10/08 | 14:45 İdman gimnastları “Tokio-2020”yə lisenziyalar uğrunda Bakıda mübarizə aparacaqlar
10/08 | 14:16 Şahmatçımız “World Open” beynəlxalq turnirində altıncı yeri tutub
10/08 | 13:58 Yeniyetmə və gənc güləşçilərin Avropa çempionatı ləğv olunub
10/08 | 13:44 “Sumqayıt” millimizin hücumçusu ilə yollarını ayırıb
10/08 | 13:07 Əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında döyüş noyabrda baş tutacaq
10/08 | 12:39 Monteneqro yığması Azərbaycan millisini “Podgorica City Stadium”da qəbul edəcək
10/08 | 11:45 Villian "Çelsi"dən ayrılıb
10/08 | 11:00 "Keşlə" 26 yaşlı braziliyalı futbolçunu transfer edib
10/08 | 10:20 Ümumdünya Şahmat Olimpiadası: Üçüncü divizionun oyunlarına yekun vurulub
10/08 | 10:01 Şahmatçılarımız Türkiyə komandası ilə dostluq görüşündə daha iki turu qələbə ilə başa vurublar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Xaçmazda Olimpiya İdman Kompleksi açılıb
Tarix: 20.07.2013 | Saat: 02:03:00 | E-mail | Çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu, ölkədə istifadəyə verilən sayca 38-ci Olimpiya İdman Kompleksidir.

Kompleksin tikintisinə 2010-cu ilin sonunda başlanılmışdır. Tikinti işlərinin ən yüksək səviyyədə aparıldığı binanın inşası üçün 6 hektar torpaq sahəsi ayrılmışdır. Həyətində geniş abadlıq-quruculuq işləri görülmüş kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır. Kompleksin həyətində 1020 tamaşaçı yeri olan stadion, mini-futbol, basketbol meydançaları inşa edilmişdir. Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi diqqət və qayğını, eləcə də sovet dövründə və müstəqillik illərində Xaçmaza səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Burada Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da böyük maraq doğurur.
Prezident İlham Əliyev kompleksin üzgüçülük hovuzu ilə tanış oldu. Qeyd edildi ki, burada uzunluğu 25 metr olan və ən müasir səviyyədə qurulan hovuz böyüklər, uzunluğu 10 metr olan üzgüçülük hovuzu isə balacalar üçün nəzərdə tutulmuşdur. Hovuzlarda xüsusi nəmalma qurğusu da quraşdırılmışdır. Kompleksdəki yeməkxana da müasir səviyyədədir.
Bildirildi ki, kompleksin idman zalı 750 yerlikdir. Zalda idmançıların mini-futbol, voleybol və basketbolla məşğul olmaları üçün hər cür şərait vardır. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaqdır. Kompleksdəki güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun qurulmuşdur. Müasir idman qurğuları ilə təchiz edilmiş aerobika və trenajor zalları da idmançıların ixtiyarına verilmişdir.
Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı üç lüks nömrənin olduğu mehmanxana da vardır. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Xaçmaz ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Sizi yenidən görməyimə çox şadam. Bildiyiniz kimi, mən Xaçmaz rayonunda dəfələrlə olmuşam. Son illər ərzində bu, mənim Prezident kimi altıncı səfərimdir və hər dəfə burada olanda çox sevinirəm ki, Xaçmazda işlər çox yaxşı gedir.
Şəhər gözəlləşir, abadlaşır, böyük işlər görülür, gözəl binalar tikilir. Onların içində də bu möhtəşəm Olimpiya İdman Kompleksi də əlbəttə ki, öz yerini tutacaqdır. Şadam ki, bu kompleks çox böyük imkanlara malikdir. Burada həm idmançılar, həm də ki, rayon sakinləri də öz vaxtlarını keçirə bilərlər.
Əlbəttə ki, Azərbaycanda idmanın inkişafı sürətlə gedir və belə komplekslərin yaradılması əslində idmanın kütləviliyini də təmin edir. Ancaq, eyni zamanda, adi vətəndaşlar da idmanla məşğul olmalıdırlar. Çünki idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Belə komplekslərin tikilməsi bu imkanları da yaradır. Burada üzgüçülük hovuzları, açıq meydançalar, idman zalları, trenajor zalları vardır. Yəni, gənclər, uşaqlar, yeniyetmələr, yaşlı nəsil də istifadə etməlidir.
Xaçmazda böyük Olimpiya kompleksinin tikilməsi lazım idi. Çünki artıq başqa şəhərlərdə komplekslər vardır və bu, sayca 38-cidir. Bu, onu göstərir ki, indi ölkəmizin bütün bölgələrində idmanla məşğul olmaq üçün yaxşı imkanlar vardır. İdmançılarımız da bizi sevindirirlər. Bu yaxınlarda universiadada idmançılarımız çox böyük uğurlara imza atıblar – 15-ci yerə layiq görülüblər, 16 medal qazanmışıq və Avropa ölkələri arasında 9-cu, müsəlman ölkələri arasında isə 1-ciyik. Keçən il London Yay Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanmışlar. Yəni, idmanın inkişafı Azərbaycanda sürətlidir, hərtərəflidir və indi dünyada Azərbaycan idman ölkəsi kimi tanınır.
Əlbəttə, idmanın kütləviliyini təmin etmək, gənc, peşəkar kadrları hazırlamaq üçün belə imkanlar lazımdır. Bu kompleks ən yüksək dünya standartlarına cavab verir və burada idmanla məşğul olmaq üçün bütün şərait vardır, bir də ki, Xaçmaz şəhərinə yaraşıq verir. Keçən dəfə burada, bu ətrafda olarkən görürdüm ki, burada quruculuq işləri aparılır, parklar salınır. Xaçmaz indi parklar şəhəridir. Gözəl abidələr tikilir, bu gün biz Tarix-Diyarşünaslıq Muzeyinin açılışını qeyd etdik. Çox möhtəşəm binadır, memarlıq baxımından çox gözəldir və daxili tərtibatı da çox yaxşıdır. Deyə bilərəm ki, rayonlarımızda mövcud olan tarix-diyarşünaslıq muzeyləri arasında bunun xüsusi yeri var, bəlkə də ən böyüyüdür və ən gözəlidir desəm, səhv etmərəm.
Bu gün, eyni zamanda, sahibkarlığa dəstək üçün Regional İnkişaf Mərkəzi açılır. Buna da böyük ehtiyac vardır. Təsadüfi deyil ki, bu mərkəz məhz Xaçmazda yaradılmışdır. Çünki Xaçmaz bu zonanın ən böyük rayonudur, böyük imkanları var, o cümlədən sahibkarlığın inkişafı üçün böyük imkanlar var və Regional İnkişaf Mərkəzi də bu zonada biznes imkanlarını artıracaqdır. Buna da böyük ehtiyac vardır. Çünki ölkə iqtisadiyyatı bundan sonra daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır.
Dünən Nazirlər Kabinetinin növbəti toplantısında ilin altı ayının yekunlarına baxaraq bir daha gördük ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, qeyri-neft sektoru inkişaf edir, sahibkarlıq inkişaf edir və bölgələrin inkişafı da artıq reallıqdır. Biz bunu Xaçmazın timsalında görürük. Çünki əvvəlki dövrlərlə müqayisədə böyük inkişaf, böyük irəliləyiş var, sosial obyektlər tikilir. Keçən dəfə burada olarkən biz Mərkəzi Xəstəxananın təmirdən sonra açılışını qeyd edirdik.
Bundan əvvəlki dövrlərdə digər açılışlar olmuşdur. Yadımdadır ilk modul tipli elektrik stansiyasını biz Xaçmazda yaratdıq. Yəni, infrastruktur layihələri icra edilir. İndi qazlaşdırma prosesi sürətlə gedir. Rayonun demək olar ki, əksər məntəqələri qazlaşdırılıbdır. İçməli su layihəsinin icrasına başlanmışdır. Artıq işlər gedir. Yəqin ki, gələn il, bəlkə də 2015-ci ildə Xaçmazın içməli su problemi tamamilə həll olunacaqdır, 24 saat ərzində təmiz içməli su veriləcəkdir.
İnfrastruktur layihələrinin icrası bütövlükdə ölkə qarşısında duran əsas vəzifələrdir. Hər rayon üzrə xüsusi proqramlar mövcuddur. Biz bütün işləri planlı şəkildə aparırıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində gözəl nəticələri də görürük. Nəticələr göz qabağındadır. Tikilən binalar, salınan parklar, açılan yollar, çəkilən qaz, su xətləri. Azərbaycanın inkişafı bu istiqamətdə gedir. Şadam ki, Xaçmaz kimi böyük rayonda bu işlər yüksək səviyyədə aparılır.
Gələcək illərdə görüləcək işlərlə bağlı bizim konkret fikirlərimiz vardır. Gələn ilin əvvəlində üçüncü regional inkişaf proqramı qəbul ediləcəkdir. Düzdür, iki proqramın icrası nəticəsində bölgələrdə mövcud olan problemlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Xüsusilə infrastruktur layihələri. Ancaq hələ görüləsi işlər çoxdur.
Xüsusilə kənd yollarının tikintisi, yəqin ki, növbəti beş il üçün prioritet olacaqdır. Məktəb tikintisi sürətlə getmişdir. Ancaq hələ də qəzalı, yararsız vəziyyətdə olan məktəblər vardır. Bu məsələ də əlbəttə ki, növbəti beş ildə öz həllimi tam tapmalıdır. Tibb müəssisələrinin yaradılması, təmiri ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Yəni, həyat yerində durmur. Biz bir çox məsələləri həll etdik. Ancaq hələ ki, həllini gözləyən məsələlər vardır. Biz bunları tədricən, ardıcıllıqla həll edəcəyik. Ölkəmizin dinamik inkişafını gələcəkdə də təmin edəcəyik.
Sakinlər: Çox sağ olun!

***

Rayon ictimaiyyəti və idmançıları adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Xaçmaz sakini Nəriman BABAYEV dedi:
- Möhtərəm cənab Prezident, Xaçmaza xoş gəlmisiniz. Şadam ki, mənə ikinci dəfədir Sizin qarşınızda çıxış etmək nəsib olur. İlk dəfə 2005-ci ildə rayonumuzda idman məktəbinin açılışında çıxış etmişdim. O vaxt belə bir kompleksin tikintisi barədə arzumuzu Sizə çatdırdıq. Siz isə bu gün həmin arzularımızı gerçəkləşdirdiniz. Bu kompleks bütün xaçmazlılar üçün böyük bir hədiyyədir, olduqca əlamətdar bir hadisədir. Buna görə Sizə xaçmazlıların çox böyük təşəkkürünü və minnətdarlığını çatdırıram, cənab Prezident. Eşq olsun Sizə!
Möhtərəm cənab Prezident, son on ildə Azərbaycan sürətlə inkişaf edərək dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafını bütün dünya etiraf edir. Bu inkişaf idmandan da yan keçməmişdir. Ona görə də Azərbaycan bütün dünyada idman dövləti kimi tanınır. Azərbaycanın idman nailiyyətləri bütün dünyaya yaxşı bəllidir. Son günlər Rusiyanın Kazan şəhərində tələbələr arasında keçirilən 27-ci yay universiadasında idmançılarımızın uğurlu qələbəsi buna əyani sübutdur.
Cənab Prezident, Siz respublikamızda idmanın kütləviliyini təmin edirsiniz. Bununla da ölkədə tam sağlam nəsil formalaşdırırsınız. İndi elə bir rayon, elə bir şəhərimiz yoxdur ki, orada Olimpiya mərkəzi, yaxud idman kompleksi olmasın. Bu gün açılışını etdiyiniz möhtəşəm Xaçmaz idman kompleksi sayca 38-cidir. Ona görə biz bütün xalqımız adından Sizə böyük təşəkkür edirik. İndi biz səbirsizliklə 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini gözləyirik. Bu oyunların ölkəmizdə keçirilməsi Sizin əməyinizin nəticəsidir. Bu oyunlar ölkəmizin tarixində böyük hadisədir, böyük uğurdur. Bir daha Sizə minnətdarlığımızı bildiririk. Bu oyunların keçirilməsində Azərbaycan xalqı da öz sözünü deyəcəkdir. Mehriban xanım Əliyevanın bu oyunların təşkilati işlərini öz üzərinə götürdüyünə görə ölkəmizdə keçirilən mötəbər tədbirlər kimi, bu tədbirin də yüksək səviyyədə baş tutacağına heç bir şübhəmiz yoxdur. Xalqımız yaxşı bilir ki, ölkəmizdə keçirilən bütün mötəbər tədbirlər Azərbaycanımızın tanınmasına, mədəniyyətimizin təbliğinə xidmət edir. Buna görə Sizə və Mehriban xanıma öz dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Sizin regionlara səfəriniz hər bir Azərbaycan ailəsində böyük bayram əhval-ruhiyyəsi yaradır. Şübhəsiz ki, bu əhval-ruhiyyə xalqımızın Sizə olan böyük məhəbbətindən irəli gəlir. Xaçmazlılar Sizin hər bir səfərinizi diqqətlə izləyir və bundan qürur duyur. Rayonumuza səfəriniz zamanı hər dəfə yeni tikililərin açılışını edirsiniz, rayonumuz daha da inkişaf edir. İndi rayonumuz gözəlləşir, cəlbedici, qonaq-qaralı olur. Rayonumuza il boyu gələn hər bir qonaq həm burada, həm bütün respublikada gedən yeniliklərə heyran olur. Mən şəhərimizi açıq səma altında yerləşən böyük bir muzeyə bənzədirəm. Burada xiyabanlar, parklar salınır, geniş küçələr, yollar göz oxşayır. Əlbəttə ki, bu, təkcə rayonun mərkəzi ilə kifayətlənmir, ən ucqar kəndlərimizdə belə böyük inkişaf gedir. İnsanları narahat edən məsələlər öz həllini tapır. Xaçmazda yaşayıb-yaratmaq üçün hər bir şərait vardır. Xaçmazlılar bunu yaxşı görür və yüksək qiymətləndirirlər. Bunun üçün bir daha xaçmazlıların böyük minnətdarlığını Sizə çatdırıram, cənab Prezident.
Möhtərəm cənab Prezident, Xaçmaz gəncləri və idmançıları Sizi əmin edir ki, bu möhtəşəm kompleksin yetirmələri onlara bəxş etdiyiniz imkanlardan səmərəli istifadə edərək gələcəkdə öz böyük nailiyyətləri ilə bütün xalqımızı sevindirəcəklər. Mən idmançılarımız adından demək istəyirəm ki, bizim bütün qələbələrimiz, sabaha baxışımız, gələcəyə inamımız Sizinlə bağlıdır. Biz həmişə Sizin ətrafınızda, Sizə bağlı olacağıq, cənab Prezident. Sizə uzun ömür, cansağlığı, idmançı ruhu arzulayıram. Allah Sizə işlərinizdə uğurlar gətirsin!

***

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc
Xəbər 4424 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
29.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
27.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
08.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
50 gündən sonra yenidən açıq havada idman yarışlarına icazə verildi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru