«Çətin oyun oldu. Mövsüm yeni başladığından, bilmirsən nə olacaq. Düşünürəm ki, qolu zamanındja vurduq».
İdman.com.az saytının məlumatına görə, bunu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak söylədi.
Malta “Slima”sına 1:0 qalib gəldikləri oyunda uelsi mütəxssis dedi ki, komandasının daha çox qol vurmaq imkanı olub. Bu üzdən, hesabla barışmır:
«Mənfi tərəf Abdullayevin qırmızı vərəqə alması oldu. Belə nizam-intizamla uzağa gedə bilmərik. 10 oyundur ki, «Xəzər Lənkəran»a başçılığ edirəm. Bu matçlarda 6 qırmızı kart almışıq. Əsl azərbaycanlı oğlanları – dəliqanlılır (gülür)».
Toşak onu da əlavə etdi ki, hər şeyə rəğmən, ümumi nəticədən razıdır. Qarşıda görüləsi işlər çoxdur. Çalışacaq ki, komandası növbəti mərhələdə də azarkeşlərini sevindirsin.
KAMRAN
|