Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bu monumental, amma qeyri-mental və total Hendrik Yohaness Kroyf
Tarix: 11.07.2011 | Saat: 17:41:00 | E-mail | Çapa göndər

SON
(Əvvəli ötən saylarımızda)

Həmin improvizə olunmuş mətbuat konfransının əvvəlindən mənə ən məkrli görünən sualın sırası gəldi. Mən hətta qorxurdum ki, bu sualı eşidən Yohan Kroyf, sadəcə olaraq, üzünü çevirib çıxıb gedəcək. Amma, şükür Allaha!
- Bəs niyə, mister Kroyf, Argentina-78 dünya çempionatı ərəfəsində siz yığmanı belə tələskənliklə tərk etdiniz? Axı, hamı bilir ki, seçmə mərhələsində qalib gəlməkdə Hollandiya yığmasına siz və ancaq siz yardımçı olmusunuz və ölkəniz hamılıqla, bütün Avropa ümidlərini sizə bağlamışdı - bu sualı müharibədən sonrakı illərdə bütün dünya çempionatlarını işıqlandıran və 1954-cü ildə AFR komandası ilə final oyunu başa çatmamış, Macarıstan yığmasının qızıl medalları barədə qələbə reportajını İsveçrədən öz redaksiyasına diqtə etdikdən sonra özünü biabırçılıqdan güclə qurtaran yaşlı bir ingilis verdi. Deyilənə görə, o, həmin final oyununun birinci hissəsindəki 2:0 hesabından sonra press-barda viskini əda ilə sümürərkən, 3:2 hesabı ilə qalib gələn almanların oyunundakı metamorfozanı görməmişdi. Oyun başa çatdıqdan sonra isə Londondakı redaksiyası ilə əlaqə saxlamaq üçün yarım saatlıq telefon rabitəsinə külli miqdarda pul verib, reportajını əvvəldən-axıra kimi yenidən diqtə etmişdi.
Gözlənildiyinin əksi olaraq, sual havadan asılı qalmadı. Yohan Kroyf təmkinini pozmadan, eyhamsız cavab verdi:
- Mənim qərarım belə idi: özümə söz vermişdim ki, seçmə mərhələsini keçəndən sonra yığmaya "qud bay" deyəcəyəm. Bəli, bu qərarı qəbul etmək son dərəcə çətin, amma lazım idi. Mən əsla reytinqdən düşmək, ərköyün favoritdən komandaya artıq yük olan oyunçu kimi, məşqçilərə yazıqcasına göz tikən oyunçuya çevrilmək istəmirdim.
- Doğrudanmı?
- İnanın, cənablar, mən qətiyyən şişirtmirəm. Siz hamınız birinci gün deyil ki, idmandasınız və həyatda bunun nə dərəcədə həqarət olduğunu bilməlisiniz. Təkrar edirəm, bu, çox çətin bir addım oldu, axı mənim bütün həyatım futbola bağlı idi. Amma getməyimi bəyan edəndə və bildirəndə ki, artıq geriyə yol yoxdur, yaxınlarım heç də təəccüblənmədilər və demədilər ki, mən hələ bir-iki il və daha çox oynaya bilərəm. Onların fikri sadəcə olaraq belə oldu: qərarı özüm qəbul etməliyəm, bunu sənin yerinə heç kəs edə bilməz. Bəli, sizinlə razıyam, bu çox kədərli, qüssəli bir hadisədir, amma əvvəl-axır, nə vaxtsa bu an gəlməli idi!
Bu vaxt Ferens Puşkaş bir qədər irəli çıxdı:
- Bir halda ki, söhbətimiz belə açıq şəkil aldı, onda deyə bilərsinizmi, ilk futbolsuz açılan səhərinizdə siz nə barədə düşünürdünüz? Məsələn, mən bir-iki ay özümə yer tapmırdım, halbuki mən də öz xoşumla getmişdim, hiss edirdim ki, artıq oynamağa, sadəcə olaraq, gücüm qalmayıb.
- Elə mən də o vəziyyətdə idim, - Yohan Kroyf gülümsündü. - Həmin gün yuxudan həmişəki kimi durdum, başağrısız və, - bir qədər tərəddüddən sonra, - peşmanlıq hissi duymadan. Nə mənfi, nə müsbət emosiyalar hiss etdim. Yəqin ona görə ki, özümü buna çoxdan hazırlayırdım, tez-tez fikirləşirdim ki, futboldan sonra həyat varmı? Təcrübəli insanlar, elə futbolçu olmayanlar da deyirdilər ki, yetkinlik yaşında insan tamam başqa bir mərhələyə qədəm qoyur, onda əvvəllər bələd olmadığı bir zövq yaranmağa başlayır. Mübahisə etmək istəmirəm, hər şey ola bilər. Amma hər şey sənin özündən asılıdır: futboldan sonrakı həyatda özünü tapa biləcəksənmi?
- Siz özünüzü tapdınız, Kroyf? - And içə bilərəm ki, bu sualı mən vermədim.
- Axtarıram, - kiçik bir təbəssümlə cavab verdi və demək olar ki, məhrəmanə tərzdə, - yəqin ki, hələ çox axtaracağam, - dedi.
Fürsətdən istifadə edərək, mən də öyünmək istədim:
- Mən Amsterdamda sizin "Ayaks" stadionunda olmuşam, muzeyinizə baxmışam, futbolçuların qələbəyə görə aldıqları qənimətləri görmüşəm, hətta Avropa çempionları kubokunu əlimə almağıma icazə verdilər. Bir də, məni orada sizin babanızla tanış etdilər - ən axırda mən, necə deyərlər, tuz kozırımı çıxarıb ortaya qoydum. - Çox suyuşirin qocadır, yaşına görə yaxşı qalıb, gümrahdır. Ümumiyyətlə, sizin şəraitiniz olduqca cəlbedicidir.
- Doğrudanmı xoşunuza gəldi? - Söhbətimizin belə gözlənilməz istiqamətindən təsirləndiyi aydın görünən Yohan Kroyf vəcdlə münasibətini bildirdi.- Çox şadam. Yenə də gəlin, qonaqların gəlişi biz "Ayaks"dakıları həmişə sevindirir.
O vaxt, 1982-ci ildə Badalonda mən haradan biləydim ki, illər keçəcək, jurnalist taleyimin yolları məni bir daha Amsterdama gətirəcək və orada "Ayaks"ın bazasından bir neçə tramvay dayanacağı məsafəsində yerləşən otelə düşəcəyəm. O vaxt Hollandiyada Azərbaycan mədəniyyəti günləri keçirilirdi və mən tədbiri işıqlandırmalı idim. Təəssüf ki, proqram o qədər sıx, o qədər zəngin və gərgin idi ki, - istəyirsiniz inanın, istəmirsiniz yox, - köhnə ünvanlara dəymək, səliqə-sahmanını, məzmun zənginliyini və aurasını çox bəyəndiyim və unutmadığım "Ayaks" klubunun ofisinə, onun qonaqpərvər barına, fantastik gözəllikli mükafatlar kolleksiyasına, klubun səmimi, xeyirxah xidmət heyətinə baş çəkmək üçün orada olduğum iki həftə ərzində yarım saat vaxt tapa bilmədim.
- Amma o vaxt belə bir şayiə yayılmışdı ki, guya sizi aldadıblar, Niderlandın Kral Futbol Federasiyası sizə vəd etdiyi qonorarı verməyib və siz də inciyib, getmisiniz.
Mən də üç il əvvəl Amsterdamda ezamiyyətdə olarkən, nə isə belə bir şey eşitmişdim. Amma holland dostlarım bu barədə üstüörtülü, dumanlı danışdıqlarından, Badalonda həmin söhbətləri xatırlayıb, o barədə Kroyfa sual verməyə cəsarət etmədim.
- Bütün bunlar cəfəngiyatdır, - Kroyf hirslənib, qaş-qabağını salladı: mənə elə gəldi ki, çiyinlərinə kip oturmuş maykası da həmin bürkülü İspaniya gecəsində sanki əynindən sallandı. - Bu cür şayiələri yayan həmin o qalmaqallı və sensasiyalı xəbərlər axtaran kimsəyə elə belə də deyin! Yohan Kroyf yığmanın qələbəsinə görə verilən ödəmələrsiz də öz ailəsini ehtiyacsız bir həyatla təmin etmək üçün kifayət dərəcədə zəngindir. Mən müxtəlif dövrlərin və xalqların futbolsevərlərinin yaddaşında futbolun təmənnasız pərəstişkarı olan Yohan Kroyf kimi qalmaq istəyirəm - insanların indiyə kimi yaratdığı bütün oyunlar arasında ən böyük və dahiyanə, təkrar olunmaz və öncəsi görünməz olan futbola bütün ömrünü həsr etmiş bir insan kimi. Futbol icmalçıları birliyi heç də zəif əsəblilər dəstəsi deyil və sentimentallıqları ilə də səciyyələnmir. Bu birlik 1966-cı ildə Londonda amansızcasına zədələnmiş, qırmızı adyal altında və insafsızlıqla qoyulmuş "bir daha oynaya bilməyəcək" diaqnozu ilə yaşıl meydandan çıxarılan Pelenin də faciəsinə, elə indi, 1982-ci ildə favoritliyə can atan İspaniya yığmasının öz meydanında qrup mübarizəsində uğradığı iflasa dözüb. Bu birlik hələ heç kim tərəfindən tanınmayan azərbaycanlı Ələkbər Məmmədovun çaşqın, bütün oyunu dili tutulmuş kimi izləyən qızğın tiffozilərin gözü önündə İtaliyanın məşhur "Milan"ınn qapısından bir-birinin ardınca vurduğu 4 qolu da xatırlayır.
İnanın, Yohan Kroyf sözünü bitirən kimi, biz biri-birindən xəbərsiz olaraq, diktofon və bloknotlarımızı kənara qoyub, hamılıqla əl çaldıq. Alqışlar ona təkcə bu bir saat ərzində etdiyi etiraflar üçün deyildi, həm də həmin etirafındakı səmimiyyət uçun idi. Uzun illər yığılıb qalan və ancaq bu əyalət şəhərinin kiçik stadionunda üzə çıxan etiraf üçün.
Sonuncu nöqtəni qoymazdan əvvəl mən elə eyni səmimiyyətlə qeyd etməliyəm ki, Yohan Kroyf belə bir qəbula görə çox mütəəssir olmuşdu. Əlləri birdən hərəkətə gəldi, əvvəlcə sadə, bu vaxta qədər onu narahat etməyən saçını düzəltdi, sonra burnunun üst hissəsini, qulağını qaşıdı və bu yerdə cibindən dəsmalını çıxarıb ovcunda saxlayaraq, futbol meydançasının kənarına yaxınlaşdı. Meydanda isə onun köhnə dostları, yoldaşları jurnalistlərə - onun indiki həmkarlarına qalib gəlirdilər (xatırlayırsınızsa, mən xahiş etmişdim ki, Kroyfun biz jurnalistlərə "həmkar" deyə müraciət etməsini yadda saxlayasınız. Demə, Kroyf gündəlik olaraq köşə yazısı ilə çıxış etdiyi Amsterdamın nüfuzlu "Di Teleqraf" qəzetini və efirində maraqlı futbol epizodlarının şərhini verdiyi hansısa şəxsi bir televiziya şirkətini İspaniya Mundialında təmsil edirdi).
***

Siz özünüz bilərsiniz, mən isə belə hesab edirəm ki, Yohan Kroyf İsveçrə saatları, Bohema bülluru və ya Fransa şərabı kimi məşhur olan bir dünya brendidir (yəqin ki, o özü belə, son dərəcə əks-qütblü müqayisə üçün məndən inciməz). Sizcə, mən onu futbolda kiminlə müqayisə edə bilərdim? Pele iləmi? Axı, elə o özü sizə təfərrüatları ilə çatdırmaq, sizdə bacardığım qədər təsəvvür yaratmaq cəhdi ilə danışdığım həmin o söhbətdə də bir neçə dəfə özünün "sadə şəxsiyyətini" gözəl ibarə naminə, nahaqdan futbol kralı adlandırılmayan dahilər dahisi ilə müqayisə etmək istəyənlərə etiraz etmişdi.
Maradona iləmi? İnanmıram. Əvvəla, Yohan Kroyf həmin il Badalonda o müsahibəni verəndə, Dieqo Maradona hələ ancaq Argentinanın tanınmış futbolçularından biri idi, vəssalam. Dünya şöhrəti hələ onu əsarətə almamış, nemətləri ilə məftun etməmiş, sehrləri ilə tumarlamamışdı. Düzü, elə sonrakı illərdə də Kroyfun Maradona haqqında nə isə bir fikrinə rast gəlməmişəm və xüsusi olaraq belə bir axtarış aparmaq niyyətim də olmayıb.
Şükür olsun İlahinin hikmətinə, biz Badalondan çıxanda, avtobusun yanında gözlənilmədən Kroyfla toqquşduq. İnanmırdım ki, qatı alatoranda məni tanısın, həm də belə məşhur insanla təmasda olmağa, biri-ki sözlə müsahibə götürməyə can atan reportyorlar azmı idi? O dəmdə Puşkaş da yanımda deyildi. Amma mən hələ orta məktəbdən yaddaşımın qırışları arasında ilişib qalmış ingilis sözlərinin kiçik ehtiyatını işə salaraq, risk edib ondan soruşdum:
- Mister Kroyf, bəs siz Di Stefano haqqında nə fikirdəsiniz? - bu sualım səbəbsiz deyildi: bir-iki dəqiqə əvvəl İspaniyanın böyük mərkəz hücumçusu, qol kralı və ötürmənin imperatoru, driblinqin kardinalı ilə kiçik, amma çox səmimi bir ünsiyyətdə olmuşdum.
Kroyf bir anlıq fikrə getdi, ayaq saxladı:
- Don Alfredo? - İbrətamiz şəkildə, sanki deyəcəyi sözlərə diqqəti cəkmək üçün davam etdi. - Di Stefano nəhəngdir! O təkrarolunmazdır.
O anda başa düşdüm ki, "uçan hollandiyalılar"ın ən görkəmlisi, Hollandiya futbolunun ən böyük ustası, bütün dövrlərdə yaşamaq və futbol ictimaiyyətinin diqqətində olmaq haqqına malik Yohan Kroyf barədə essenin son akkordları elə budur.
İspaniya, 1982-ci il.

P.S. Bir dəfə, çox-çox illər bundan əvvəl, "Barselona"nın baş məşqçisi olduğu vaxt Yohan Kroyfdan soruşurlar ki, o özü haqında nə fikirdədir. Elə o vaxt, ondan bir çox illər sonra, bu yaxın vaxtlarda "Frans futbol"un icmalçısı ilə söhbətində də, demək olar ki, hərfbəhərf eyni sözləri deyib:
- İnsanların düşündüyündən fərqli olaraq, mən həyatda daha sadəyəm. Yox, mən özümü qızıl hesab etmirəm, qətiyyən. Mən belə deyərdim: nəyəmsə, oyam. Siz isə istəyirsiniz məni sevin, istəmirsiniz, heç lazım deyil. Mən heç nəyi təkid edə bilmərəm.

Redaksiyadan: Bununla da ömrünün 31 ilini "İdman" qəzetində keçirmiş, Əməkdar jurnalist Aqşin Kazımzadənin sonuncu yazısının təqdimatını başa çatdırdıq. Bu gün düz 32 gündür ki, Aqşin Kazımzadə aramızda yoxdur. Biz "İdman" qəzeti redaksiyası olaraq, nə qədər acı olsa da, mərhum jurnalistin qələmindən çıxan sonuncu məqaləni oxucularımıza çatdıraraq, ona bir daha Allahdan rəhmət diləyir və əziz xatirəsini doğma qəzeti olan "İdman"da daim yaşadacağımıza soz veririk.
Xəbər 2950 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.07.2022 Şəfəq Hüseynli: Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir
18.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
17.12.2017 Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
10.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru