Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bu monumental, amma qeyri-mental və total Hendrik Yoxannes Kroyf
Tarix: 16.06.2011 | Saat: 14:41:00 | E-mail | Çapa göndər

Əməkdar jurnalist, mərhum Aqşin Kazımzadənin sonuncu yazısı
(Əvvəli ötən sayımızda)

II hissə

Yohan Kroyf nə şübhə, nə də ətraflı düşüncə üçün yer qoymur. İmprovizə olunmuş bu mətbuat konfransında səslənəcək bütün sualları sanki ona əvvəlcədən ötürmüşdülər.
Bu fikirdə bir qədər təxribatçılıq göründüyündən, onu dərhal özümdən kənarlaşdırıram: axı, hər şey öz-özündən yarandı, "foneqram"dan söz gedə bilməz.
- Siz əgər nə vaxtlarsa futbol həyatı ilə maraqlanmısınızsa, - sanki verdiyi bu axmaq suala görə və daha çox, onun tonuna görə özünü qınayan həmin fransızləhcəlidən ironiyalı baxışlarını ayırmayan Kroyf səlis şəkildə, sözləri az qala hecalayaraq dedi, - onda məni böyüdüb, futbolçu edən mühit haqqında təsəvvürünüz olmalıdır. Bəli, cənablar, gizlətmirəm ki, anam bizim Amsterdamın "Ayaks" futbol klubunda paltaryuyan olub və mən orada bütün günü onun əl-ayağına dolaşırdım. O vaxtlar komandamızın bütün futbol ustaları ilə münasibətim vardı. Onların hamısı hollandiyalı deyildi, əksinə, orada hollandiyalı az idi, ingilis də vardı, italiyalı da, ispaniyalı və almaniyalı da, rumın və macar da, polşalı və isveçli də,- yersiz toxunduğu mövzuya işarə olaraq, fransız reportyoruna tərəf yüngül bir reveransla, - hətta parisli də. Mən istər-istəməz onlarla öz dillərində danışırdım. İlk vaxtlar ifadələrimin yöndəmsizliyinə görə bir qədər utanıb-çəkinirdim, amma getdikcə daha böyük inam və sürətlə danışmağa başladım. Yüksək qürur hissi ilə deyim ki, indi 13 dildə sərbəst danışıram. Onların arasında hətta Koreya, yapon dilləri də var, - Kroyf ancaq özünə məlum olan səbəbdən müəmmalı şəkildə gülümsündü.
Yuxarı başdan kimsə, çılğın, eyni zamanda, çaşqınlıq ifadə edən bir səslə:
- Bu nədir, Kroyf, sizlərdə, məgər, daha nəhs rəqəmdən qorxmurlar?- soruşdu. - Yox-yox, siz düz demirsiniz, ya 12 olar, ya 14. Axı, sizin televiziya diktorlarınız belə, 13 rəqəmini dillərinə gətirməkdən çəkinirlər.
- Mən xürafatçı deyiləm, - Yohan Kroyf gülümsünür. - Amma məcazım qara pişikləri götürmür, bayquşlardan isə yaman qorxuram. Gecə yuxuda belə, qara pişik görəndə, həmin gün meydana çıxmaqdan da imtina edirəm.
- Bəs rusca necə, danışa bilirsinizmi?- Qeyri-iradi olaraq doğan bu sualın yersizliyini duyub, günahkarcasına baxışlarımı yayındırıram.
Bu vəziyyətim Kroyfun diqqətindən kənar qalmadı:
- Siz heç də çəkinməyin, rusca da bilirəm, amma azacıq,- sıxıla-sıxıla dediyi bu rus sözləri onun dilində, alman ləhcəsində səsləndi. - Amma, gördüyünüz kimi, demək olar ki, danışa bilmirəm. Ruslar Avropada oynamırlar, danışmağa adam yoxdur.

Şəxsi sənədlərindən sətirlər
Hendrix Yohannes Kroyf (niderl.- Hendrik Johannes Cruijff) 1947-ci il aprelin 25-də Amsterdamda anadan olub. Niderland yığmasının, "Ayaks" və "Barselona" klublarının futbolçusu olub. Karyerası ərzində keçirdiyi 752 oyunda 425 top vurub. "Qızıl top" mükafatının 3-qat sahibi, Avropa çempionları kubokunda oyunçu kimi 3 dəfə, məşqçi kimi bir dəfə qalib olub. XX əsrin ən yaxşı futbolçularından biri kimi tanınır. 2010-cu il martın 26-da Kroyf, oyunçu və məşqçi kimi göstərdiyi xidmətlərə görə, "Barselona" futbol klubunun fəxri prezidenti elan edilib. "Cruyff Classics" ayaqabı brendinin sahibidir.
Kroyf nəinki Niderland futbolunun, həm də 1970-ci illərin əvvəllərində onun oynadığı "Ayaks" və Niderland yığmalarında əsası qoyulan total futbol üslubunun təcəssümüdür. 1973-cü ildə, dövrünə görə rekord transfer məbləği sayılan 922 min avroya "Barselona"ya keçənə qədər, 8 dəfə Hollandiya çempionatının, 3 dəfə Avropa çempionlar kubokunun qalibi olub. Bir il sonra o öz yığmasını dünya çempionatının finalına çıxardı və orada almanlara məğlub oldular (1:2).
Sonrakı dünya çempionatında Kroyf seçmə mərhələni keçməkdə komandasına kömək etdi, amma Argentinadakı final turniri ərəfəsində beynəlxalq karyerasını başa vurub, məşqçiliyə başladı.
1989-1999-cu illərdə onun rəhbərlik etdiyi "Barselona" 4 dəfə İspaniya çempionu oldu (1991-1994), Çempionlar Kuboku (1992-ci il) və Kuboklar kubokunda (1989-cu il) qalib gəldi. 2003-cü ildə UEFA-nın 50 illiyi ilə əlaqədar keçirilən sorğunun nəticəsinə görə Kroyf son yarım əsrdə Hollandiyanın ən yaxşı futbolçusu sayıldı. 2006-cı ildə, idmanın inkişafındakı görkəmli xidmətlərinə görə, "lauresus" mükafatına layiq görüldü. 2007-ci il aprelin 18-də, anadan olmasının 60 illiyi ərəfəsində "Ayaks"14 nömrəli futbol köynəyini həmişəlik Kroyfun adına yazdı.
Xeyli sonralar, ola bilər ki, 20-25 il sonra tale məni Moskvada Rusiya Elmlər Akademiyası dilçilik İnstitutunun professoru Dina Nikuliçeva ilə qarşılaşdırdı və onun mənə söylədikləri, elə bilirəm, maraqsız olmaz.
Təəssüf ki, xanım D.Nikuliçeva futboldan kənar, ümumiyyətlə, idman haqqında heç dumanlı təsəvvürü olmayan adam imiş. Bununla belə, onun mühakimələrinin tamlığı və maraq doğurması təkcə elmiliyi ilə fərqlənmir:
- Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, sizin tanışınız, sözsüz, dahi bir insandır, - onun bu dəyərləndirməsini yadda saxlayaq, o hələ bizə gərək olacaq. - Şübhəm yoxdur ki, onun tarix, riyaziyyat, iqtisadiyyat sahəsində bilikləri böyükdür. O ki qaldı bir neçə dil bilməsinə, bunun əsası hələ uşaqlıq dövründən, bəlkə də daha əvvəl qoyulub... Əcdadlarından birinin çoxdilli olması istisna edilmir və yaxud o, əvvəlki həyatında həm ağ, həm qara və digər rəngli insanlarla danışmaq məharəti ilə fərqlənib. Amma nə olur, olsun, sizin dostunuzda qeyri-monoetnik ailələrdə böyüyən insanlara xas cizgilər görünür, yəni, dünya bu insanlarla müxtəlif dillərdə danışır. Başlıcası isə - belə insanların qarşıya qoyduqları məqsəddir. Məsələn, götürək elə Troyanı kəşf edən Henrix Şlimanı: 16 (başqa mənbələrə görə - 32) dil bilirdi. Onun üçün poliqlot olmaq zərurət idi: əvvəlcə bu ona elmi erudisiya üçün lazım idisə, sonradan yad ölkələrdə yaşaya bilmək üçün vacib, daha sonralar - nəhayət, varlanmaq üçün gərək idi. Kroyf isə, görünür, məktəb illərindən futbolçu olmağa, müxtəlif dilli komandalarda oynamağa hazırlaşırdı. Çoxlu dil bilmək ona turist səfərləri üçün lazım deyildi, yaradıcılıq üçün, həmin dillərdə düşünməyi bacarmaq, qarşıya qoyduğu əsas məqsədlərə çatmaqda onlardan istifadə etmək üçün lazım idi. Yohan Kroyf poliqlotluğunun mahiyyətini sizə nə dərəcədə ininadırıcı və anlaşıqlı izah etdiyimi bilmirəm, amma Badalondakı o unudulmaz gecədə onunla rusca söhbətləşə bildim. Əlbəttə, bu, təmiz şərti bir söhbət oldu: onun dilindəki "şut-şut", "balşaya spaziba", "sovietski futbol - eto ne koroşo" rus sözləri kifayət etdi ki, fitri dil öyrənmə məharətinə malik olan Kroyfdan Azərbaycan futbolu barədə nəyi bildiyini soruşum.

(Ardı var)
Xəbər 2888 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.07.2022 Şəfəq Hüseynli: Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir
18.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
17.12.2017 Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
10.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru