UEFA Burak və Salehi seçdi
UEFA-nın rəsmi saytı Türkiyədə mövsümün dəyərləndirməsini edib. . İdman.com.az saytı xəbər verir ki, UEFA.com redaktorları «Qalatasaray»ı ilin komandası, Burak Yılmazı ilin oyunçusu seçiblər. Salih Uçan üzə çıxarılan gənc oyunçu olaraq göstərilərkən, ikinci yarıdakı oyunu sayəsində liqada qalan «Mersin İ.» mövsümün sürpriz komandası seçilib. «Qalatasaray»ın 19-cu çempionluğu diqqətə çatdırılaraq liqa tarixinin ən uğurlu komandası olduğu qeyd edilib.

Saytda yer alan xəbərdə 3-cü turda liderliyə yüksələn «Qalatasaray»ın ən yaxın rəqibi «Fənərbağça»nı yekunda 10 xal geridə qoyduğu xatırlanır.
Superliqanın bombardiri olan Burak Yılmazın ardıcıl iki mövsümdür bu uğura imza atdığı və Çempionlar Liqasında 8 qol vurduğu vurğulanır. Burakın Droqba ilə yaxşı oyun əlaqəsi də diqqətə çəkilir.

Gənc oyunçu kimi seçilən, ötən mövsüm «Bucaspor»dan transfer edilmiş 19 yaşlı «Fənərbağça»lı Saleh Uçan gələcək 10 ilə damğa vuracaq potensiala sahib futbolçu kimi göstərilir.

Xəbər 787 dəfə oxundu.