«Qalatasaray» van Qaalın işini çətinləşdirir
Niderland millisinin baş məşqçisi Luis van Qaal «Qalatasaray»lı Uesli Sneyder haqqında maraqlı açıqlama verib. İdman.com.az saytı xəbər verir ki, ölkəsinin «Algemeen Dagblad» qəzetinə müsahibə verən mütəxəssis adı «Çelsi» ilə bağlı hallanan Sneyderin London klubuna getməsi halında öz işinin asanlaşacağını dilə gətirib:

«Sneyderin «Çelsi»yə transfer olunacağı bu an yalnız bir dedi-qodudan ibarətdir. Ancaq «Çelsi»yə getməsi halında mənim işim asanlaşa bilər. Niderlandla Londonun arası cəmi bir saatlıqdı. «Çelsi»nin baş məşqçisi Maurinyo da çox yaxın bir dostumdur».

Xəbər 946 dəfə oxundu.