Topaz Premyer Liqasının oyunları təxirə salınmayacaq
"Növbəti mövsümdən etibarən futbol üzrə Topaz Premyer Liqasının oyunları avrokuboklarda iştirak edən klublarımıza görə təxirə salınmayacaq." -bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O, çıxışı zamanı bildirib ki, ötən mövsüm “Neftçi”yə çox güzəştə gedilib. Amma növbəti mövsümdən belə olmayacaq.

"Biz klublarımızdan hansınınsa qrup mərhələsinə düşməsinə ancaq sevinə bilərik. Lakin buna görə kiməsə güzəşt edib, çempionatın təqvimində dəyişiklik etməyəcəyik."-deyə sonda vurğulayıb.

Xəbər 835 dəfə oxundu.