AVRO-2020 ilə bağlı İşçi Qrup yaradılıb
2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.

2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə İşçi Qrup yaradılacaq. İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub.

Əmrin icrasına nəzarəti AFFA-nın prezidenti Rövnəq Abdullayev öz üzərinə götürüb.

Xəbər 863 dəfə oxundu.