Slovakiya milli komandası başsız qalıb
Slovakiya milli komandası başsız qalıb. Slovakiya Futbol Assosiasiyası yığmanı çalışdıran Mixal Qipp və Stanislav Qriqa ilə yolları ayrıb.

Assosiasiyasının prezidenti Yan Kovaçik bildirib ki, hər iki mütəxəssis işindən azad olunublar. Buna isə millinin DÇ-2014-ün seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, Qipp və Qriqa Slovakiya yığmasına ötən il təyin edilib. Onların rəhbərliyinin altında slovakiyalılar DÇ-2014-ün seçmə mərhələsində 6 oyundan 9 xal toplayıb. Slovakiya Bosniyadan və Herseqovina yığması (16 xal) ilə Yunanıstandan (13 xal) sonra qrupda üçüncü yerdə qərarlaşıb.

Xəbər 842 dəfə oxundu.