Loskov «Qəbələ»dən təklif almayıb
«Mən hələlik işsizəm. Klubla müqaviləmin müddəti mayın 31-də bitib. Başqa təkliflər almamışam. Hələ sakitlikdi». Bu sözləri Moskva «Lokomotiv»inin və Rusiya yığmasının sabiq futbolçusu Dmitri Loksov deyib.

Qeyd edək ki, Rusiya mətbuatı bu futbolçunun «Qəbələ»nin maraq dairəsində olduğunu və təmsilçimizin ona təklif göndərdiyini yazmışdı. Lakin Loskov heç bir klubdan təklif almadığını deməklə bu xəbərləri təkzib edib.

Xəbər 796 dəfə oxundu.