Ruslan Abışovun ilk rəqibi «Kuban» oldu | |
Rusiya Premyer Liqasında yeni mövsümün təqvimi müəyyənləşib. Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı «Rubin» klubu 2013/14 mövsümündə ilk oyununu «Kuban»a qarşı keçirəcək. Kazan təmsilçisi mövsümə «Terek»ə qarşı keçirəcəyi ev oyunu ilə yekun vuracaq. Qeyd edək ki, Rusiya çempionatında yeni mövsümə iyulun 13-də start veriləcək. Həmin gün Super Kubok uğrunda oyunda ÇSKA ilə «Zenit» qarşılaşacaq. |
|
Xəbər 901 dəfə oxundu. |
|
|