Neymar maraqlı fikirlər səsləndirib
Braziliya millisinin futbolçusu Neymar ölkəsində keçiriləcək Konfederasiyalar kuboku öncəsi maraqlı fikirlər səsləndirib.

"Barselona"nın futbolçusu üzərində heç bir təzyiq hiss etmədiyini bildirib:

"Sakit biriyəm. Üzərimdə hər hansı bir təzyiq hiss etmirəm. Ümumiyyətlə kənar amillərə əhəmiyyət vermirəm. Braziliya millisini uğura aparmaq tamamilə mənə və komanda yoldaşlarıma aiddir. Komandada hər kəsin özünəməxsus yeri var. Yeganə məqsədimiz turniri qazanmaqdır. Finalda İspaniya ilə qarşılaşmaq yuxu kimi olardı, ancaq çempion olmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Braziliya millisi 2009-cu il Konfederasiyalar kubokunu qazanmışdı.

Xəbər 970 dəfə oxundu.