Kavanin 2 komanda ilə danışıqlar aparır
Napoli klubunun futbolçusu Edinson Kavaninin anası oğlunun iki komanda ilə danışqılar apardığını bildirib.

İdman.com.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçunun anasının sözlərinə görə oğlu "Real" və ya "Mançester Siti"yə keçməyi düşünür.

"Edinson "Real" və "Mançester Siti" ilə danışıqlar aparır. İyunun 15-də onun hansı komandaya keçəcəyi dəqiqləşəcək. Napoli isə hər zaman bizim ürəyimizdə qalacaq.Prezident bizə Çelsinin də maraq göstərdiyini bildirib. Lakin biz Londonlulardan heç bir təklif almamışıq."



Xəbər 681 dəfə oxundu.