Sumqayıtda Məhəllələrarası I mini-futbol turniri keçirilir
Böyük idmana gedən yol kütləvi bədən tərbiyəsi, məhəllələrdə idman hərəkatı və yarışlardan başlanır. Bu yarışlarda iştirak etməklə yeniyetmə və gənclər ən azından zərərli vərdişlərdən uzaqlaşırlar.
28 May – Respublika gününə həsr olunmuş Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Kuboku uğrunda məhəllələr arasında I mini-futbol yarışını da bu silsilədən olan yarışlardan saymaq olar.
Turnirin açılış mərasimi mayın 24-də Sumqayıtda Heydər Əliyev abidəsinin qarşısında baş tutdu. Burada 68 məhəllə və mikrorayonlardan 123 komandada 1200-dən artıq uşaq iştirak edirdi. Açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla şəhərin hüquq mühafizə orqanlarının və bir çox müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Dövlət himnimiz səsləndikdən sonra yarışların simvolu səmaya buraxılıb. Daha sonra komandalar təyin olumuş marşrut üzrə şəhərin bir çox məhəllə və mikrorayonlarından keçərək, şəhər ətrafında fəxri dövrə vurublar.

Xəbər 1249 dəfə oxundu.