Duqlas «Xəzər Lənkəran» a transfer olunacaq
«Xəzər Lənkəran» braziliyalı qapıçı Duqlası transfer edir. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Həmkarlarımızın iddiasına görə, Duqlas iyunun 19-da Almaniyaya yollanaraq, bu ölkədə təlim-məşq toplanışı keçəcək «Xəzər Lənkəran»ın düşərgəsinə qoşulacaq. Rəsmi müqavilə də məhz həmin vaxt imzalanacaq.

Qeyd edək ki, tam adı Duqlas Qonzaqa Leyte olan 33 yaşlı qolkiperin son klubu Braziliya təmsilçisi «Audaks Rio» olub. Duqlas karyerası ərzində cəmi bir dəfə legioner həyatı yaşayıb və Portuqaliyanın «Akademika» (Koymbra) klubunda top qovub. Qalan vaxtlarda isə o, Braziliyanın «Koritiba», «Osasko», «Korintians», «Roma», «Mineyros», «ADAP Qalo», «İkasa», «Avay», «Quarani», «Nautiko», «Linense», «Krikiuma» və «Audaks Rio» klublarınja çıxış edib.

Xəbər 650 dəfə oxundu.