“Sumqayıt”da yeni baş məşqçi
“Sumqayıt”ı 2013/14 mövsümündə Aqil Məmmədov çalışdıracaq. Klubdaxili iclasdan sonra 41 yaşlı çalışdırıcı ilə birillik müqavilə imzalanıb, o bu postda alman çalışdırıcı Bernard Raabı əvəzləyib.

Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt”ın heyətində futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə isə əsas komandada Bernhard Raabın köməkçisi olub.

Xəbər 784 dəfə oxundu.