Əziz Yıldırım Luçeskonu istəyir | |
“Fənərbaxça”ın prezidenti Əziz Yıldırım “Şaxtyor”un baş məşqçisi Mirça Luçeskonu komandaya gətirmək üçün çalışır. Artıq Yıldırım bu məqsədlə Ukraynaya yola düşüb. Luçeskonun “Şaxtyor”la 2015-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq, İstanbul təmsilçisinin prezidenti rumıniyalı mütəxəssislə şəxsən görüşəcəyini bildirib: “Mən Luçesko ilə şəxsən görüşmək üçün Ukraynaya gedirəm. “Şaxtyor”un sahibi Rinat Əhmədovdan Luçeskonun “Fənərbaxça”nın baş məşqçi postuna gətirilməsinə icazə verməsini xahiş edəcəyəm” |
|
Xəbər 822 dəfə oxundu. |
|
|