Dünya Barmaq-yıxdı Çempionatı baş tutdu
İngiltərənin Eşborn əyalətində Dünya Barmaq-yıxdı Çempionatı baş tutub. Söhbət ayaq barmağının güləşindən gedir.

“To-restlinq” çempionatında hər iki cinsin nümayəndələri paralel turnirlərdə qüvvələrini sınayırlar. Yarışın qaydasına görə, bu qeyri-adi güləş yalnız ayaq barmaqları gigiyenik baxışdan keçdikdən sonra 2 yarışçı arasında aparılır.

Armrestlinqdə olduğu kimi, To-restlinqdə də güc və balans böyük əhəmiyyət kəsb edir. İngilislər bu yarışı orta əsrlərdən keçirirlər. 1976-cı ildə idman yarışı kimi təsdiqdən keçən barmaq-yıxdı çempionatı 1990-cı ildən başlayaraq hər il keçirilir.

Yarışa gəlincə, yeniyetmə Bekka Biç finalda “fərasətli-barmaqlar” ləqəbli Liza Şentonu məğlub edərək, ardıcıl 2-ci il qalibi adını qazanıb. Elə kişilər arasında keçirilən “To-restlinqdə” də oxşar mənzərə müşahidə olunub. Heybətli görünüşə malik, “İyrənc Neş” adlı idmançı, növbəti dəfə əsas mükafata sahib çıxıb. Bunun üçün Veston Koynidən olan 53 yaşlı Neş, düz 20 barmaq güləşçisini məğlub etməli olub. Maraqlı məqam isə İyrənc Neşin artıq on ildir ki, “To-restlinq” çempionu adını qorumasıdır.

Xəbər 734 dəfə oxundu.