Rusiyanın Olimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Rusiya Hökuməti sədrinin müavini, Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukovun bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində Aleksandr Jukov mayın 27-də Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. Qonaqlar daha sonra Şəhidlər Xiyabanında olacaqlar.

Həmin gün Aleksandr Jukov Tennis Akademiyası, Bayraq Meydanı və Müasir İncəsənət Muzeyi ilə də tanış olacaq.

Səfərin ikinci günü ROK-nin prezidenti Heydər Əliyev Fondunda, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, “Şağan” Olimpiya İdman Kompleksində olacaq, İçərişəhərə gəzintiyə çıxacaq.

Xəbər 1471 dəfə oxundu.