ABŞ yığmasının üzvü Bakı klubunda
Bakının qadınlardan ibarət «İqtisadçı» voleybol klubu növbəti transferini rəsmiləşdirib. Super Liqa təmsmilçisi ABŞ millisinin üzvü Kim Vilouqbini heyətinə qatıb. Amerikalı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 33 yaşlı ulduz voleybolçu «İqtisadçı»ya Puerto-Rikonın «Pinkin de Korozal» klubundan gəlib. Kim əvvəllər ABŞ-ın «Universiti of Havai», İtaliyanın «Santeramo Sport» (2006-2007), «Çyeri» (2007-2008), «Peruca», Puerto-Rikonun «Kriollas de Kaqaus», «Valenkianas de Yunkos» və İspaniyanın «Mursiya» klublarında çıxış edib. Vilouqbi bu müddətdə Puerto-Riko (2005) və İspaniya (2006) çempionluğunu qazanıb, Çempionlar Liqasının (2009) bürünc medalına sahib çıxıb.
Kim 2008-ci ildən ABŞ millisinə dəvət alır. Voleybolçu yığma komandanın heyətində Pekin olimpiadasının finalında oynayıb.

Xəbər 865 dəfə oxundu.