“Qalatasaray”a təklif yağır
Çempionlar Liqasında 1/4 finala qədər yüksələn “Qalatasaray”a təkliflər gəlməkdə davam edir. Bu dəfə “sarı-qırmızılar”a yoldaşlıq görüşləri və müxtəlif turnirlərdə iştirak etmək təklif edilir.

Avqustun əvvəlində Londonda təşkil olunacaq, “Arsenal”, “Napoli”, “Porto” kimi klubların da iştirak edəcəyi “Emirates Cup”a dəvət alıb. İstanbul təmsilçisi isə hər oyun başına 200 min avro tələb edir. Bundan əlavə klub rəhbərliyi təşkilatçılardan özəl təyyarə, otel xərclərinin qarşılanmasını da istəyir.


Xəbər 904 dəfə oxundu.