Miralem Benfikaya keçib
Amsterdamın "Ayaks" klubunun forvardı Miralem Süleymani azad agent statusunda "Benfika"ya keçib.

İdman.com.az saytının məlumatına görə, serbiyalı forvard yeni komandası ilə 2018-ci ilə qədər müqavilə imzalayıb. Benfika "Fənərbağça"ya yollanan Kardozoya əvəz tapıb.

Qeyd edək ki, cari mövsümdə Süleymani yeni müqavilə ilə bağlı narazılığa görə Ayaksın heyətində cəmi 5 oyunda meydana çıxıb.

Xəbər 651 dəfə oxundu.