Berti Foqtsun Polşa nağılı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts karyerasını Polşa yığmasında davam etdirə bilər. Bu, ilginc iddia ilə Polşa mətbuatı çıxış edib. Polşa Futbol Federasiyası (PFF) DÇ-2014-ün seçmə mərhələsində uğursuz çıxış edən millinin hazırki baş məşqçisi Valdemar Fornaliki istefaya göndərməyə hazırlaşır. Artıq Polşa yığmasının baş məşqçi postuna namizədlər də müəyyənləşib. Bunların sırasında Berti Foqtsla yanaşı, Dik Advokat, Marko Van Basten, Kristof Daum, Bert van Marvyik və Frank Raykard da var.

Qeyd edək ki, bu xəbəri Polşa mətbuatı ortaya atsa da, inandırıcı deyil. Çünki artıq buna öyrəşmişik. Foqtsun Azərbaycan millisindəki postu laxlayan zaman, dərhal Foqtsun adı hansısa ölkənin yığması, ya da klubla yanaşı hallanır. "Bayer Leverkuzen", "Trabzonspor", Türkiyə millisi və s. və i.a...Yetər ki, bu dəfə xəbər doğru çıxsın.

Xəbər 773 dəfə oxundu.