Zinəddin Zidandan "Real"a "yox" cavabı
“Real”ın və dünya futbolunun canlı əfsanələrindən Zinəddin Zidan keçmiş klubundan gələn təklifi rədd edib.

“Marka”nın məlumatına görə, veteran futbolçu prezident Florentina Pereslə görüşüb. Klub rəhbəri Zidana “Real”ın idman direktoru vəzifəsində işləməyi təklif edib. Amma fransız bu təklifi müsbət cavablandırmayıb. Belə ki, əfsənəvi oyunçu bundan sonra məşqçi kimi fəaliyyət göstərmək istədiyini, hər hansı bir vəzifədə işləmək niyyətində olmadığını deyib. Amma Zidanın hələ də baş məşqçisi bilinməyən “Real”da köməkçi məşqçi kimi işləyə biləcəyi bildirilib.

Xəbər 722 dəfə oxundu.