Azərbaycan kuboku Lənkərana aparıldı
Mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan kuboku uğrunda final oyunu keçirilib. Paytaxtın “İnter” komandası ilə “Xəzər-Lənkəran” arasında keçən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.
Əlavə olunmuş vaxtın birinci dəqiqəsində “Xəzər-Lənkəran” klubu hesabı açıb. Rəqib qapısından topu Uinston Parks keçirib. Əlavə vaxtın 9-cu dəqiqəsində “İnter” hesabı bərabərləşdirib. Bu dəfə Girts Karlsons fərqlənib.
Əlavə vaxt 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Lənkəranlılar daha dəqiq olublar - 4:2. Beləliklə, 19-cu Azərbaycan kubokunu “Xəzər-Lənkəran” qazanıb.
Matçın sonunda AFFA prezidenti Rövnəq Abdullayev “Xəzər-Lənkəran”nın oyunçularına və komandanın rəhbərliyini təmsil edən şəxslərə medalları və kuboku təqdim edib.

Xəbər 1043 dəfə oxundu.