Bakı «İnter»inin baş məşqçisi istefa verdi
«Neftçi»nin ardınca əvəzedicilərin çempionatında daha bir baş məşqçi postundan ayrılıb. Elşad Əhmədovdan sonra «İnter»in də əvəzedici komandasının baş məşqçisi Tofiq Mustafayev istefa verib.

Mustafayevin öz istəyi ilə klubdan ayrıldığı bildirilir. Mütəxəssis Georgi Nikolovla görüşüb və istefa ərizəsini təqdim edib. Klub prezidenti də onun istəyini qəbul edib.

Qeyd edək ki, «İnter»in əvəzedici komandası mövsümü 4-cü pillədə başa vurub.

Xəbər 727 dəfə oxundu.