"Neftçi"nin futbolçusuna bir oyunluq cəza
Nizam-İntizam Komitəsi yeni qərarlarını açıqlayıb.

Sportal.az xəbər verir ki, 08 iyun 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Neftçi” klubunun 14 №-li futbolçusu Emil Fərzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.

04 iyun 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Binə Bələdiyyəsi” – “Qızılağac” matçının 44-cü dəqiqəsində “Binə Bələdiyyəsi” klubunun 15 №-li futbolçusu Emin Mollayev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Oyunun 90-cı dəqiqəsində “Qızılağac” klubunun 2 №-li futbolçusu Vüqar Eyvazlı hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.

05 iyun 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Suqovuşan” – “Viləş” matçının 41-ci dəqiqəsində “Viləş” klubunun 5 №-li futbolçusu Ruhin Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb. Oyunun 90+3-cü dəqiqəsində “Suqovuşan” klubunun 2 №-li futbolçusu Fərid Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb.

06 iyun 2013-cü il Həvəskarlar Liqasının “16 UGİM” – “Quba OK” matçının 80-ci dəqiqəsində “Quba OK” klubu meydançanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

26 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ” – “Kümrük” matçının 89-cu dəqiqəsində “Qəbələ” klubunun 19 №-li futbolçusu Fərid Məmmədli hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.

01 iyun 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Olimp” – “Çevik” matçının 25-ci dəqiqəsində “Olimp” klubunun 5 №-li futbolçusu Tərlan Məmmədovla 7 №-li futbolçusu Cahangir Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 10 oyunluq cəzalanıb.

Xəbər 824 dəfə oxundu.