«İnter» türklərə divan tutub Bakıya qayıdır
Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışında olan «İnter» hazırlıqlarını başa vurub. «Bankirlər» bu gün vətənə dönəcək.

Qeyd edək ki, «İnter» Türkiyə toplanışı ərzində bir yoxlama oyunu keçirib. Dünən «Konyaspor»u sınağa çəkən Kaxaber Tsxadadzenin yetirmələri rəqibi 13 cavabsız qola məyus edib. «İnter»in heyətində Ramil Mansurov 4, Mirsahib Abbasov 3, Baçana Tsxadadze və Daniel Genov hərəyə 2, Aleksandr İaşvili və Samir Zərgərov isə 1 qol vurub.

Xəbər 745 dəfə oxundu.