Mən hələ ki "Liverpul"un oyunçusuyam
"Əlbəttə, Kriştianu Ronaldo ilə eyni komandada oynamaq istərdim. O, əla futbolçudu. Amma mən hələ ki "Liverpul"un oyunçusuyam. Hərçənd futbolda hər şey mümkündü. Sabah nəyin olacağını heç kim bilmir. İvanoviç? Bilirəm, səhv etmişdim. Amma həmin vaxt çox əsəbiydim. Hakim əllə oyuna görə penaltimizi verməmişdi. Hər halda, olanlara görə üzr istəmişəm". -bu sözləri ilə "Liverpul"un hücumçusu Luis Suares özünü yenidən diqqət mərkəzinə yönəldib.


Qeyd edək ki, son vaxtlar Luis Suaresin "Real"a mümkün keçidi ilə bağlı şayiələr gəzməkdədi.

Xəbər 608 dəfə oxundu.