Mourinyodan İnyestaya cavab
Növbəti mövsüm "Çelsi"ni çalışdıracaq “Real”ın sabiq baş məşqçisi Joze Mourinyo onun barəsində “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

İngiltərə mətbuatına açıqlama verən portuqaliyalı mütəxəssis İnyestanın dediklərinə cavab verərkən bu sözləri deyib:

“Mən İspaniya futboluna zərbə vurmuşam. Bəlkə zərbəm bu olub ki, “Barselona”nın hegemonluğuna son qoymuşam. Mənim prinsiplərimdən biri də budur ki, hansı klubdan gedirəmsə, artıq keçmiş barədə danışmıram. Mən gələcək haqda fikirləşməyə üstünlük verirəm”.

Qeyd edək ki, bu günlərdə mətbuata danışan İnyesta bildirib ki, Mourinyo "Real"da işlədiyi müddət ərzində İspaniya futboluna zərər vururmuş.

Xəbər 752 dəfə oxundu.