Dünya çempionatında üğur
İyunun 8-də İsveçrənin Lozanna şəhərində keçirilən para-taekvondo üzrə lV Dünya çempionatı başa çatıb.Çenpionat komandamız üçün uğurlu alınıb. Baş məşqçi, əməkdar məşqçi Əvəz Tağıyevin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə 15 idmançı ilə yarışa qatilan seçmə komanda 12 medalla vətənə dönüblər.

Belə ki, ötən ilin dünya çempionatın qalibi olan Vüsal İsmayılov (+80 kg) və Röyalə Fətəliyeva (-49 kg) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Namiq Abbasov (-58 kg), Anar Hüseynov (-68 kg), Cahangir Bayramov (+80 kg), Rövşən Qəhramanlı (-58 kg), Əbülfəz Abuzərli (-58 kg), Bahar Şıxəliyeva (-49 kg) isə gümüş medalla kifayətləniblər. Komandanın digər üzvlərindən Emin Nüsrətdinov (-58 kg), Aleksandr Poluşuk (-80 kg), Rzayev Rövşən (-80 kg), Vüqar Adışirinov (+80 kg) isə bürünc medalla yarışı başa vurublar.

Millimiz komanda hesabında 2 qızıl, 6 gümüş və 4 bürünc medalla Rüsiya seçmə komandasından sonra ikinci yerdə qərarlaşıb. Türkiyə,İran və İspan komandaları müvafiq olaraq növbəti yerləri bölüşüblər.

Xəbər 1125 dəfə oxundu.