Tibo Kurtua "Atletiko"da qalacaq
Son iki mövsüm "Atletiko" klubunda icarə əsasında forma geyən "Çelsi"nin qapıçısı Tibo Kurtua yeni mövsümdə də Madrid klubunda qalacağını deyib.

21 yaşlı qolkiper bildirib ki, mütəmadi olaraq forma geyə bilmək üçün bu qərarı verib:

"Çelsi"də Peter Çex kimi təcrübəli qolkiper olduğu üçün orada oyunlarda iştirak etmək şansımın az olacağını bilirəm. Ona görə də burada qalmağı seçdim".

Xəbər 833 dəfə oxundu.