"Qarabağ" Subaşiçi də yola saldı
Milliləşdirilən serabiyalı Ağdam təmsilçisindən göndərilib

“Qarabağ” klubu Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçlə bağlı qərarını açıqlayıb.

Milliləşdirilən serabiyalı Ağdam təmsilçisindən göndərilib.Qışda “Xəzər Lənkəran”dan gətirilən, zədə və digər səbəblərdən heç nə ilə yadda qalmayan 30 yaşlı futbolçu artıq “Qarabağ”a lazım deyil. Belə ki, onunla başa çatmış müqavilə artırılmayıb. Ağdam klubu toplanışa start versə də, Subaşiç düşərgədə yoxdur.

Baş məşqçi Qurban Qurbanov onun adını iyunun 14-də Türkiyəyə yollanacaq komandanın siyahısına da daxil etməyib. Bunu əməkdaşımızla söhbətində klubun meneceri Asif Əsgərov da təsdiqləyib. O bildirib ki, Subaşiçin adı Türkiyəyə yola düşəcək heyətdə yoxdur.

Xəbər 797 dəfə oxundu.