Ronaldo dəyərini açıqladı
«Real»la Kriştiano Ronaldo arasında danışıqlar davam edir. «Kral Klubu»ndan yeni müqavilə təklifi alan portuqaliyalı ulduz hələ qərarını verməyib.

Əvəzində Ronaldo istədiyi məbləği açıqlayıb. «Marka»nın xəbərinə görə, futbolçu illik maaşının 10 milyon avrodan 20 milyona yüksəldilməsini tələb edib. Prezident Florentino Peresin isə ona illik 15 milyon avro təklif etdiyi bildirilirö.

Xəbər 909 dəfə oxundu.