«İnter»in ilk rəqibi «Kartalspor» oldu
«İnter»in Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı yekunlaşmaq üzrədi. «Bankirlər» bu gün yoxlama görüşünə çıxacaq.

Baş məşqçi Kaxaber Tsxadadze yetirmələrini «Kartalspor»la oyunda sınayacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, «Kartalspor» ötən mövsüm Türkiyənin 1-ci dəstəsində mübarizə aparsa da, 16-cı pilləni tutaraq 2-ci liqaya yuvarlanıb. Ancaq İstanbul klubu yenidən 1-ci dəstədə mübarizə aparmaq üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.

Xəbər 865 dəfə oxundu.