Veteranlar arasında VI Azərbaycan Çempionatı başa çatıb | |
Respublika Şahmat Mərkəzində veteranlar arasında VI Azərbaycan Çempionatı başa çatıb. 9-cu turda Konstantin Kononenko Oruc Fərəczadə üzərində qələbə çalaraq 7.5 xalla Azərbaycan Çempionu adını qazanıb. Tazəddin Əliyev isə axırıncı turda Akif Həşimzadə ilə heç-heçə edərək 6.5 xalla 2-ci yerlə kifayətlənməli olub. Çempionatın bürünc medalını isə 6 xal toplayan Oruc Fərəczadə qazanıb. Akif Həşimzadə və Ravis Babayev 6 xal tolayaraq 4-5-ci ,Chubenko Gennadi və Həmzə İsmayılov isə 5.5 xal toplayaraq 6-7-ci pillədə qərarlaşıblar. Sonda qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları və pul mükafatları ilə təltif olunublar. |
|
Xəbər 737 dəfə oxundu. |
|
|