Şəhriyar Məmmədyarov Dünya Çempionu oldu
Xantı-Mansiyskidə sürətli şahmat üzrə Dünya Çempionatı başa çatıb. Sürətli şahmat üzrə Dünya Çempionatı 6-8 iyun tarixlərində İsveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilib.

20 –yə yaxın ölkədən 58 şahmatçının qələbə uğrunda mübarizə apardığı çempionatda Azərbaycanı beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli təmsil ediblər.

Ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 15 oyundan 11.5 xal toplayaraq sürətli şahmat üzrə Dünya Çempionu adını qazanıb. Digər zəka sahiblərimiz Qədir Heseynov və Rauf Məmmədov 9 xal toplayıblar. Əlavə əmsala görə Qədir 5-ci, Rauf isə Çempionatda 10-cu yerin sahibi olub. Həmyerlimiz Eltac Səfərli isə aktivinə 7.5 xal yaza bilib.

Xatırladaq ki,sürətli şahmat üzrə Dünya Çempionatı 2-ci dəfədir ki keçirilir. Keçən il Çempionatın qalibi adını rusiya şahmatçısı Sergey Karyakin qazanmışdır.

Xəbər 1156 dəfə oxundu.