Kapoeyra idman növü üzrə Dünya çempionatı keçirilib
30 may 1 iyun tarixlərdə "Sərhədçi" idman Olimpiya mərkəzində ümumdünya Kapoeyra Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Kral holding, Park bulvar, Robotech electronics, Yaguar Energy dring, ömür klinikası, femina, Region və Anadolu restoranları, GRBS, AİK şirkətlərinin təşkilati dəstəyi ilə kapoeyra idman növü üzrə Dünya çempionatı keçirilib. Bu ilk dünya çempionatıdır ki, burada dünyada fəaliyyət göstərən bütün beynəlxalq Kapoeyra təşkilatları ümumdünya Kapoeyra federasiyasının loqosu altında birləşərək bu yarışa qatılıblar.

İyunun 1-də15:00-da başlanan Dünya çempionatının təntənəli açılış mərasimində Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Braziliya Federativ Respublikası Parlamentinin Komitə sədri cənab Nelson Pelleqrino, ümumdünya Kapoeyra Federasiyasının prezidenti cənab Ramid Niftəliyev və Azərbaycan Kapoeyra Federasiyasının prezidenti cənab Taleh Orucov çıxış ediblər.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, Braziliya Federativ Respublikası Parlamentinin Komitə sədri və Braziliya Federativ Respublikasının İdman Naziri ümumdünya Kapoeyra Federasiyasının Fəxri Üzvlük diplomları ilə təltif ediliblər.

Diplomlar Ümumdünya Kapoeyra Federasiyasının Ustadlar Şurasının rəhbəri Mestre Paulao Sales Neto tərəfindən təqdim ediliblər.

Yarışın açılış mərasimində Braziliya Federativ Respublikasının deputatları, Mədəniyyət Nazirinin 1-ci müavini və digər rəsmiləri, həmçinin Azərbaycan Dövlət rəsmiləri və bir-çox yerli və xarici iş adamları iştirak ediblər.

Ümumilikdə 46 ölkədən 197 idmançı iştirakı ilə keçirilən yarışda birinciyə Azərbaycan, ikinciyə Braziliya və üçüncü yerə Türkiyə layiq görülüb.

junior "Group A"

1 yer Rehimli Senan (Azerbaijan)

2 yer Suleymanov Sefter (Azerbaijan)

3 yer Brindyukov Vladislav (Kazakhstan)

3 yer Memmedov Haci (Azerbaijan)

junior "Group B"

1 yer Gunash Dilan (Turkey)

2 yer Korkmaz aylin (Turkey)

3 yer Yildiz Sumeyra Nur (Turkey)

3 yer Talun Damla Nur (Turkey)

senior "Group A"

1 yer Haydarov Elsever (Azerbaijan)

2 yer Babashov Baxtiyar (Azerbaijan)

3 yer Celep Murat (Turkey)

3 yer Bucaq Jan (Czech)

senior "Group B"

1 yer Allahverdiyev Farid (Azerbaijan)

2 yer Ferhat Atakul (Turkey)

3 yer Shalenko Ivan (Russia)

senior "Group C"

1 yer Kim Aleksey (Kazakhstan)

2 yer Okhotnikov Denis (Russia)

3 yer Bilisbayev Yerlan (Kazakhstan)

senior "Group D"

1 yer Guimaries Juniaor William Douglas (Brazil)

2 yer Souza de lima Joao Rossy Eugenio (Poland)

3 yer Marcus Matias Maciel (Czech)

3 yer Franklin Canela Francisco Antonio (Italy)

Women senior "Group A"

1 yer Turner Kate Elvse (New Zeland)

2 yer Akdogan Melike (Turkey)

3 yer Ramazanova Khuraman (Azerbaijan)

3 yer Atayeva Asya (Azerbaijan)

Women senior "Group B"

1 yer Araujo Silva Mariangela (Brazil)

2 yer Kabakova Alina (Ukrain)

3 yer Krunkachova Ekaterina (Belarus)

3 yer Savina Natalia (Ukrain)

Xəbər 1263 dəfə oxundu.